Şirkət haqqında


Şirkətimiz “SFV Group” MMC, Azərbaycan bazarında 2010-cu ildən isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və quraşdırılması sektorunda tam ixtisaslaşmış firma kimi fəaliyyət göstərir. Qısa müddət keçməsinə baxmayaraq isitmə, soyutma, havalandırma, su və kanalizasiya, həmçinin server otaqlarının soyudulması sistemlərinin sərfəli qiymətə təşkili və quraşdırılması işlərini yüksək peşəkarlıqla həyata keçirir.


“SFV Group” MMC 7/24, zamanın fərqi olmadan peşəkar servis kollektivi tərəfindən inzibati və ofis binalarında istilik qazanlarına, çillər qurğularına, havalandırma sistemləri aqreqatlarına və sair avadanlıqlara servis xidmətinin göstərilməsi işini həyata keçirir.

Bütün bunlardan başqa şirkətimiz isitmə, soyutma, havalandırma, su və kanalizasiya sistemlərini, server otaqlarının soyudulması sistemlərini dünyanın tanınmış markalarını Azərbaycanda satışı və təminatçısı kimi də fəaliyyət göstərir. Təmin etdiyimiz avadanlıqların keyfiyyətinə tam zəmanət verilir və verilmiş sifarişlərin çatdırılma müddətinə və qiymətlərinə görə rəqiblərimizdən hər zaman bir addım öndə olduğumuzu təcrübəmizə əsaslanaraq tam əminliklə deyə bilərik.

Fəaliyyət göstərdiyimiz 9 il müddətində Azərbaycan Respublikasının bir çox dövlət və özəl layihələrinə imza atmışıq. Başa vurduğumuz layihələrin bir qismi aşağıdakılardan ibarətdir:

  • AR DİN Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin yeni inzibati binasının isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • AR DİN Nəqliyyatda Baş Polis İdarəsinin isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • AR DİN Binəqədi Rayon Polis İdarəsinin isitmə siteminin quraşdırılması;
  • İmişli Rayon Məhkəməsinin yeni inzibati binasının isitmə və soyutma sisteminin quraşdırılması;
  • Gəncə şəhəri Gənclər Evi Layihəsində isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • Sabunçu rayon Gənclər Evi layihəsində isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • Avromed şirkətinin yeni ofis binasının və deposunun isitmə, soyutma sisteminin quraşdırılması.
  • LC Waikiki mağasazının isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • “Port Baku Mall” Wakko geyim mağazasının isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • “Port Baku Residence”in dekorativ hovuz sisteminin mexaniki işləri və s.
  • Mingəçevir İES-də izolyasiya, qablama və boya işləri

TƏRƏFDAŞLAR

HVAC sistemləri ilə bağlı sualınız var?