Fankoyl
Fankoyl

Fankoyl-binalarda müxəlif təyinatlar üçün quraşdırılan qurğudur.Onun əsas funksiyası havanın temperaturunu tənzimləməkdir. Fankoyllar,qaydalara uyğun olaraq, havalandırıcılı istilikdəyiştiricidən,filtrdən ,idarəedici pultdan ibarətdir.İstəkdən asılı olaraq,zəruri aksessuarlar əlavə oluna bilər.

Fankoylun iş prinsipi aşağıdakılardan ibarətdir.Məkanda olan hava fankoylun istilikdəyiştiricisinə daxil olur.Orada hava lazımı temperaturu əldə edir-soyuyur və ya qızır.Fankoylun üstünlüyü odur ki,təmiz hava ona ya mərkəzi kondisionerdən ,ya da təchizatlı qurğudan daxil olur.Chiller və fankoyl sisteminin qurulması məkanlarda havalandırma probleminin həll olunmasına kömək edir.

Fankoyl splid siseminin daxili blokunun analoqudur(əvəzedicisidir),lakin suda işləyir.Beləliklə, soyuq maye Chillerden Fankoyla ötürülür,hansiki o da öz növbəsində ona daxil olan havaya,mövcud məkana lazım olan temperatura qədər istilik ötürür.

Fankoyllar öz aralarında,gücündən,ölçüsündən,quruluşundan və bundan başqa idarəetmə üsulundan ,və xarici görünüşündən asılı olaraq təsnif olunur.

Fankoylun quraşdırılma üsulları:
  • Kassetdə
  • Divarda
  • Döşəmədə
  • Kanalda
  • Döşəmə-tavanda
  • Tavanda ola bilər.

İstənilən Fankoylun tərkibinə bir neçe element daxildir. Onlardan əsasları:
  • istilikdəyiştirici(daşıyıcıdan qızan mühitə istilik ötürən qurğu)
  • elektrik qızdırıcı(əsas qızdırıcı element)
  • havalandırıcı(hava verilməsini təmin edir)
  • idarəetmə paneli
  • elekrik mühərriki
  • asan çıxarılan filtr(daxil olan havanı təmizləmək üçün)

TƏRƏFDAŞLAR

HVAC sistemləri ilə bağlı sualınız var?