Bizim zəmanəmizdə havalandırma sistemləri müxtəlif növ binalarda istifadə üçün həyati vacib olan avadanlıqlardır. Təchizatlı-sorucu havalandırma sistemləri hermetik pəncərə quraşdırılmış binalarda əlverişli mikroiqlimin təmini üçün tez-tez zəruri olan peşəkar avadanlıqlardır.Təchizatlı-sorucu havalandırma sistemi ele qurulub ki, onlar havanın daxilə və xaricə axınını təmin edir. Binalarda təchizatlı-sorucu sistemdən istifadə havanın rütubətlilik dərəcəsini tənzimləməyə qadirdir. Böyük, iritutumlu binalarda (mehmanxanalarda,mərkəzi ofislərdə və s.) təchizatli-sorucu havalandırma sistemlərinin və güclü mərkəzli kondisionerlərin quraşdırılması daha aktualdır. Təchizatlı-sorucu havaladırma sistemi daxilində quraşdırılmış qızdırıcı avadanlığın (sulu və ya elektrik) və ya istiliyin rekuperasiyası adlanan vasitənin köməyi ilə havanın qızdırılmasını həyata keçirir. Rekuperasiya prinsipi ilə işləyən təchizatlı-sorucu havalandırma sistemindən istifadə zamanı temperatur qarşıdan gələn sorulan hava axınının istiliyi hesabına yüksəlir.
Təchizatlı havalandırma sistemi binaya təmiz hava verilməsi üçün lazımdır. Bununla hava rekuperasiyanın və ya kaloriferin köməkliyi ilə qızır və tozdan təmizlənir. Sistemin üstünlüyü-verilən havanı daha mükəmməl təmizləmək ,həmçinin, onun temperatur və rütubətliyini tənzimləmək imkanına malikdir.
Sorucu havalandırma sistemi binadan çirklənmiş və ya qızmış işlənmiş havanın çıxarılması üçün lazımdır. Binalarda hava təchizatı sistemi ilə yanaşı ,sorucu qurğunun da nəzərə alınması vacibdir. Onların məhsuldarlığı balanslaşdırılmalıdır.