Şirkət haqqında


Şirkətimiz “SFV Group” QSC, Azərbaycan bazarında 2010-cu ildən isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və quraşdırılması sektorunda tam ixtisaslaşmış firma kimi fəaliyyət göstərir. Qısa müddət keçməsinə baxmayaraq isitmə, soyutma, havalandırma, su və kanalizasiya, həmçinin server otaqlarının soyudulması sistemlərinin sərfəli qiymətə təşkili və quraşdırılması işlərini yüksək peşəkarlıqla həyata keçirir.


“SFV Group” QSC 7/24, zamanın fərqi olmadan peşəkar servis kollektivi tərəfindən inzibati və ofis binalarında istilik qazanlarına, çillər qurğularına, havalandırma sistemləri aqreqatlarına və sair avadanlıqlara servis xidmətinin göstərilməsi işini həyata keçirir.

Bütün bunlardan başqa şirkətimiz isitmə, soyutma, havalandırma, su və kanalizasiya sistemlərini, server otaqlarının soyudulması sistemlərini dünyanın tanınmış markalarını Azərbaycanda satışı və təminatçısı kimi də fəaliyyət göstərir. Təmin etdiyimiz avadanlıqların keyfiyyətinə tam zəmanət verilir və verilmiş sifarişlərin çatdırılma müddətinə və qiymətlərinə görə rəqiblərimizdən hər zaman bir addım öndə olduğumuzu təcrübəmizə əsaslanaraq tam əminliklə deyə bilərik.

Fəaliyyət göstərdiyimiz müddətdə Azərbaycan Respublikasının bir çox dövlət və özəl layihələrinə imza atmışıq. Başa vurduğumuz layihələrin bir qismi aşağıdakılardan ibarətdir:

  • Şuşa şəhərində Qarabağ otelinin isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və quraşdırılması.
  • Şuşa şəhərində Xarı Bülbül otelinin isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və quraşdırılması.
  • Bakı Şəhər İcra Hakimiyyətinin sığınacağında havalandırma sistemlərinin quraşdırılması.
  • Caspian Plaza - Kapital Bank BİRStudio. Soyutma (VRV) və havalandırma sistemlərinin quraşdırılması.
  • Bakı Nəqliyyat Agentliyinin yeni binasında isitmə, soyutma,havalandırma, yanğından mühafizə və kanalizasiya sistemlərinin quraşdırılması.
  • Gəncə şəhəri Gənclər Evi Layihəsində isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • Avromed şirkətinin yeni ofis binasının və deposunun isitmə, soyutma sisteminin quraşdırılması.
  • LC Waikiki mağasazının isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • “Port Baku Mall” Wakko geyim mağazasının isitmə, soyutma və havalandırma sisteminin quraşdırılması;
  • Mingəçevir İES-də izolyasiya, qablama və boya işləri









TƏRƏFDAŞLAR

HVAC sistemləri ilə bağlı sualınız var?