Çiller

trane-rtac-chiller-inside-look


Binaların havalandırılması texnologiyasında geniş yayılanlardan biri də su soyuduculu sistemdir və yaxud proffesional dildə Çillerdir. Çiller mayeni-su və ya etilenqlikolu soyutmaq üçün avadanlıqdan təşkil olunmuşdur. Belə bir aqreqat böyük bir məkanı , elecə də bütün bir binanı soyutmağa qadirdir. Çiller suyu soyudur və onu məkanın daxilində quraşdırılmış fankoylun istilikdəyişdiricisinə , ya da havalandırmanın tərkibinə ötürür. Çillerlər bir və ya iki istilikdəyişdirici ilə istehsal olunur. Bununla əlaqədar olaraq sistem: ikiborulu-qaynar və soyuq istilikdaşıyıcı daxil olan (istilik nasosu ilə çillerdən)bir istilikdəyişdiricidən istifadə olunur;dördborulu-iki istilik dəyişdiricili. Birində istilikdaşıyıcı çillerdən, ikincidə isə isti su mərkəzi qızdırıcı sistemdən verilir.
Water-Chiller

Dörborulu sistemin istifadəsi sayəsində fankoyllar qışda mərkəzi qızdırıcı radiator kimi işləyir.

Dövredici nasosdan,sərbəst çəndən,yığıcı çəndən,bağlı aparatdan ibarət olan nasos stansiyasının və avtomatikanın köməyi ilə sistemin boru kəmərlərində soyuducu maye dövr edir. Elə çiller növləri var ki, onların dövredici nasosları, hidravlik qrupları, çənləri və lazımı aparatları var. Müasir dövrdə böyük deapozonlu, gücü-bir neçə kilovatdan bir neçə min kilovata qədər , müxtəlif konstruktiv icraya ,qoşulma sxemlərinə və s. malik çillerlər istehsal edirlər.

Çiller bir neçə elementdən təşkil olunur:

elektrik mühərriki
idarəetmə bloku
soyuducu amilin genişlənməsi və ya istiliktənzimləyici(termorequlyator) buxarlandıcı üçün qurğu
kompressorlar
kondensator

Çiller-fankoyl aşağıdakı üstünlüklərə malikdir:

miqyaslaşdırılmış
kiçik həcm və sahə tutur
çiller və daxili fankoyllar arasında məsafəyə(yüz metrlərlə)məhdudiyyət yoxdur
cuzi yerləşdirmə dəyəri
maksimum təhlükəsizlik dərəcəsi
İqtisadi nöqteyi-nəzərdən mövcud havalandırma sistemlərini iri,çoxmərtəbəli binalarda işlətmək(tətbiq etmək)daha məqsədyönümlüdür.

Belə sistemlərin quraşdırılması asandır, ən əsası bir neçə böyük kondisionerlərin işlədilməsi hesabına xarici blok binanın fasadını korlamır.